Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən 2022-ci kiçik qrant müsabiqəsinin nəticələrinə görə “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə İctimai Birliyi “Nəşrlərin rəqəmsallaşdırılması və elektron kitabxananın təbliği” layihəsi qalib gəlmişdir.
Layihə əsasında https://www.e-lib.az/ saytı yaradılmış və gələcəkdə də elektron nəşrlərin əlavə edilməsi nəticəsində daha da zənginləşdiriləcəkdir. Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
Respublika vətəndaşlarından, KİV və QHT nümayəndələri elektron nəşrləri contact [at] e-lib . az email ünvanına göndərərək öz nəşrlərini yeni yaradılmış elektron kitabxanaya daxil edə bilərlər.