Haqqımızda

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  tərəfindən elan edilən 2022-ci kiçik qrant müsabiqəsinin nəticələrinə görə “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə İctimai Birliyi “Nəşrlərin rəqəmsallaşdırılması və elektron kitabxananın təbliği” layihəsi qalib gəlmişdir.

Layihə əsasında https://www.e-lib.az/ saytı yaradılmış və gələcəkdə də elektron nəşrlərin əlavə edilməsi nəticəsində daha da zənginləşdiriləcəkdir. Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Respublika vətəndaşlarından, KİV və QHT nümayəndələri elektron nəşrləri contact  [at] e-lib . az  email ünvanına göndərərək öz nəşrlərini yeni yaradılmış elektron kitabxanaya daxil edə bilərlər.